"Azərbaycanda tək "nurçuluq", vəhhabilik deyil, digər cərəyanların nümayəndələri də fəaliyyət göstərir və bu fəaliyyəti gücləndirməyə cəhd göstərirlər. Təkcə Azərbaycanda deyil, bütövlükdə Cənubi Qafqaz regionunda, post sovet məkanında və ümumilikdə dünyada belə hallar mövcuddur". Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.
PA rəsmisi bildirib ki, bu gün dünyada insanların təfəkkürünə və fəaliyyətinə dövlətlərin qəbul etdiyi qanunlardan kənar, qeyri- ənənəvi yollarla təsir etməyə cəhd göstərənlər var: "Dini müdaxilə, missionerlik, insanları öz inanclarına uyğun məzhəblərə ayırmaq yolu ilə onların fəaliyyətinə təsir göstərmək istəyən qüvvələr mövcuddur. Bunlar Azərbaycanda da var. Ölkəmizin müvafiq dövlət qurumları belə hallarla bağlı lazımı işləri aparırlar". Ə.Həsənov deyib ki, bu gün bunlar Azərbaycan dövləti üçün ciddi təhlükə kəsb eləmirlər:
"Əgər bunlar ciddi təhlükə kəsb etsələr, dövlətin qanunları və qanunların keşikçiləri ilə üz-üzə gəlməyə məcbur olacaqlar. Amma bütövlükdə, Azərbaycan cəmiyyəti də xəbərdar olmalıdır ki, belə hallar və cəhdlər var, bu cəhdlərin də qarşısı dövlət tərəfindən alınır və alınmaqda davam edəcək. Azərbaycan dövlətinin, xalqın iradəsindən, vətəndaşlarımızın mandat verdiyi insanların həyata keçirdiyi fəaliyyətdən və mövcud qanunların tələbindən başqa, digər iradəyə tələbat ola bilməz".
PA rəsmisinin sözlərinə görə, təəssüflər olsun ki, bir sıra dini təriqətlərin öz üzvləri qarşısında qoyduğu məcburi normalar bəzən Azərbaycanda vətəndaş quruculuğu və dövlətçilik prinsiplərinə uyğun gəlmir: "Heç bir dini inanc, heç bir dini sitayiş, fəaliyyət Azərbaycan dövlətinin dünyəvi normalarına müdaxilə şəklində həyata keçirilməməlidir. Dünyəvi normalara müdaxilə, istər-istəməz, qanuni məsuliyyət doğurur və nəticə etibarilə, belə hallar müşahidə olunursa, müvafiq tədbirlər görülür".
Milli.Az
Siyasət
Əli Həsənov: "Azərbaycanda tək "nurçuluq", vəhhabilik deyil, digər cərəyanların nümayəndələri də fəaliyyətlərini gücləndirməyə cəhd göstərirlər"
16 Aprel 2014 19:27
Baxış: 1 379
DİGƏR XƏBƏRLƏR
- Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb - FOTO
- Tarixi gün - İlham Əliyevin xalqa hədiyyəsi
- Ceyhun Bayramov italiyalı səfiri qəbul etdi - FOTO
- XİN: Ermənistan 4 kəndi geri qaytaracaq
- “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edildi
- “Ombudsman haqqında” Konstitusiya Qanununda dəyişiklik edildi
XƏBƏR LENTİ
- Diqqət! Bakıda bu saatlarda geomaqnit qasırğası olacaq - Bunları edin...
- Oyunda maraqlı məqam: 2 sarı vərəqə aldı, meydandan qovulmadı
- “iPhone 16 Pro”dan hər kəsi sevindirəcək 3 xüsusiyyət
- ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasını alqışlayıb
- NASA ən maraqlı kosmik missiyanı təsdiqləyib
- Bakıda yeniyetmələr küçədə görün nə etdi: çəkilən görüntülər təəccüb doğurur - VİDEO
- Sürət həddini aşmaq ona baha başa gəldi
- Begemot dərisindən qamçı ilə döyüldü – Hitler şəxsi düşmənini necə öldürüb?
- Xanımı ilə kamera qarşısına keçdi - FOTOlar
- Tül pərdələri belə yuyun - Bu sadə üsulu çoxları bilmir
- COP29 prezidenti Devid Terklə müzakirə apardı
- Dubay aeroportu təyyarələrin qəbulunu məhdudlaşdırdı
- Dünyada ən bahalı çay növləri: 4 milyon dollar...
- Şahmatçılarımız Avropa çempionatına qələbə ilə başladı
- Belqorodda daha üç Ukrayna PUA-sı məhv edildi
- Rusiyalı hərbi müxbir Ukraynada öldü
- Sosial medianın uşaqlar üzərindən qazancı dodaq UÇUQLADIR – Milyardlarla...
- “İnsan yediyi qaba tüpürməz”
- “TikTok”un populyarlaşdırdığı yuxu taktikası - Nə dərəcədə effektivdir?
- 48 yaşlı Nurgüldən iddialı pozlar - FOTO
- Nəsrinin bu FOTOları gündəm oldu
- Dörd kəndin qaytarılması xəbəri Qazaxda sevinclə qarşılandı - FOTO
- Sarımsaq-limon qarışımı ilə 21 gündə xəstəliklərdən xilas olun
- Hikmət Hacıyev COP29-dan danışdı: "Cəsarətimizin təcəssümüdür" - FOTOlar