Siyasət

Ermənilər Azərbaycanın dinc sakinlərini atəşə tutublar

16 Aprel 2014 18:30
2 Şərh     Baxış: 447

Ermənistan Silahlı Qüvvələri Tərtər rayonunun Qapanlı kəndinin ərazisindəki təsərrüfat sahələrini atəşə tutublar. Milli.Az El TV-yə istinadən xəbər verir ki, sakinlərin bildirdiyinə görə, artıq bir neçə gündür ermənilər gündüz saatlarında yalnız təsərrüfat sahələrini və dinc sakinləri atəşə məruz qoyurlar.

Kənd sakini Sənan Qarayev bildirib ki, aprelin 15-də axşamüstü örüş sahəsində mal otararkən bir müddət evlərinə qayıda bilməyiblər: "Birbaşa bizə atırdılar. Sürünə-sürünə çıxdıq. Təxminən 1 kilometr süründük".

Kənd sakini Tarzan Qasımov isə deyib ki, ermənilər kəndi 3-4 gündür atəş altında saxlayırlar. Sakinlər onu da bildiriblər ki, artıq gündüz təsərrüfat sahələrinə getmək onlar üçün çox təhlükəlidir. Ermənilər, əsasən, yandırıcı güllələrdən istifadə edirllər.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.