Bu gün Azərbaycan Milli Məclisi ilə ATƏT Parlament Assambleyası arasında qurumun 23-cü illik sessiyasının Bakıda keçirilməsinə dair saziş imzalanıb.
Trend-in məlumatına görə, sazişi Milli Məclisin sədri Oqtay Əsədov və ATƏT PA-nın prezidenti Ranko Krivokapiç imzalayıblar.
Məlumata görə, bu gün Milli Məclisin sədri O.Əsədov Monteneqro parlamentinin sədri, ATƏT Parlament Assambleyasının prezidenti R.Krivokapiçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə O.Əsədov bu səfərin parlamentlərarası əlaqələrin daha da inkişafına töhfə verəcəyini deyib. O, Azərbaycan ilə Monteneqro arasında münasibətlərin yüksək səviyyədə olduğunu bildirib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan O.Əsədov bildirib ki, BMT Təhlükəsizlik Şurasının problemin həlli ilə bağlı qəbul etdiyi dörd qətnaməyə, o cümlədən digər beynəlxalq təşkilatların müvafiq sənədlərinə məhəl qoymayan Ermənistan torpaqlarımızın 20 faizini işğal altında saxlayır: "Təəssüf ki, işğalçı dövlətə qarşı heç bir sanksiya tətbiq edilmir".
R.Krivokapiç Azərbaycan ilə Monteneqro arasında əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu qeyd edib.
Dağlıq Qarabağ münaqişəsinə toxunan R.Krivokapiç ATƏT-in Minsk qrupunun problemin həlli istiqamətində vasitəçilik səylərinin daha da fəal olmasına çalışdıqlarını söyləyib.
O deyib ki, Qafqazda sabitliyin bərqərar olması üçün birgə səylər göstərəcəklər: "Münaqişələrin həlli bizim vəzifələrimiz arasında prioritet məsələ olmalıdır".
Milli.Az
Siyasət
Milli Məclislə ATƏT PA arasında qurumun illik sessiyasının Bakıda keçirilməsinə dair saziş imzalanıb
16 Aprel 2014 16:45
Baxış: 290
DİGƏR XƏBƏRLƏR
- Cənubi Qafqazda sülh istəməyənlər var - Hikmət Hacıyev
- Azərbaycan ABŞ-nin birtərəfli mövqeyinə görə məyus olub - Hikmət Hacıyev
- Ermənistanı gözləyən oyun - 1 həftə qaldı...
- Ermənilərə Brüssel tələsi: Qərb yeni səhvə doğru gedir
- CAR lideri İlham Əliyevi təbrik edib
- “Avtomobil yolları haqqında” qanun dəyişdi
XƏBƏR LENTİ
- Baş nazirin əvəzinə səhvən köməkçisini öpdü - VİDEO
- Cənubi Qafqazda sülh istəməyənlər var - Hikmət Hacıyev
- Sumqayıtda fəhlə işlədiyi zavodda öldü
- Həmid Nurinin oğlu da İsveçdə həbs edildi
- Paşinyanın etirafı: Şahramanyan Ermənistan üçün təhlükə mənbəyidir
- Avropa “Qarabağ”ı gözləyir: Səbət də bəllidir
- Azərbaycan ABŞ-nin birtərəfli mövqeyinə görə məyus olub - Hikmət Hacıyev
- Ağadadaş Ağayevə efirdə imperator titulu verildi - VİDEO
- Сabbar Qaryağdioğluna həsr olunmuş "Xalqin mədəni sərvəti" layihəsi davam edir - FOTO
- Meteohəssas insanlara XƏBƏRDARLIQ!
- "Crocus City Hall"da yaralanan daha bir nəfər öldü
- Kremldən Puqaçova ilə bağlı açıqlama
- ARDNŞ-də ağlaya-ağlaya təqaüdə çıxırlar - Deputat
- Kafe əxlaqsızlıq yuvası imiş - Sahibi cəzalandırıldı
- Fransada güclü qasırğa: nəqliyyat əlaqəsi kəsildi
- Səidənin soyuq havada bulvarda geyimi MÜZAKİRƏ YARATDI - VİDEO
- İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!
- Hərbi qulluqçuların vəzifələri artırılır
- Bakıda məhkum həbsdə öldü
- Qərbin ikiüzlü oyunu - Ermənistan niyə dəstəklənir?
- Ələsgər Məmmədli barədə qərar verildi
- Əhaliyə XƏBƏRDARLIQ - Yaxın iki gün ərzində...
- Leysan, güclü külək... - Bu tarixdən hava kəskin dəyişəcək
- "Şakro Molodoy" azadlığa buraxıldı