Siyasət

Ranko Krivokapiç: "Parlament diplomatiyası Rusiya və Ukrayna arasında yaranmış boşluğu doldura bilər"

16 Aprel 2014 13:06
Baxış: 339

ATƏT və digər təşkilatlar Ukrayna münaqişəsini həll etməyə çalışırlar

Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə Bakıda səfərdə olan ATƏT Parlament Assambleyasının (PA) prezidenti Ranko Krivokapiç deyib.

Onun sözlərinə görə, ötən həftə həm Rusiya, həm də Ukrayna parlamentinin nümayəndələrinin iştirakı ilə görüş keçirilib: "Bu, Rusiya və Ukrayna parlamentləri arasında ilk əlaqə idi. Biz bu görüşdə Ukrayna və Krımla bağlı mühüm məsələləri müzakirə etdik. Burada ATƏT-in mövqeyi bəllidir. Biz Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik. Mən elə hesab edirəm ki, münaqişənin həllində parlament diplomatiyası mühüm rol oynaya bilər".

R.Krivokapiç hesab edir ki, parlament diplomatiyası iki ölkə arasında yaranmış bu boşluğu doldura bilər: "Ukrayna hadisələri bizi narahat edir və bu, göstərdi ki, biz öz prinsiplərimiz üzərində çox gərgin işləməliyik".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.