Siyasət

Üçüncü qüvvələrin Xəzərdə təhlükəsizliyi təmin etməsinə icazə verilməyəcək

16 Aprel 2014 13:14
Baxış: 431
Xəzərin təhlükəsizliyinin təmini qonşu ölkələrin əməkdaşlığı ilə həyata keçirilir və üçüncü qüvvələrin bu bölgədə olmasına icazə verilməyəcək.

Trend-in İranın Fars agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri İran Hərbi Dəniz Donanmasının baş komandanı, kontr-admiral Həbibullah Səyyari Ənzəli şəhərində İran HDD-nin dördüncü bölgə komandanlığına (Şimal komandanlığı) baxış keçirdiyi zaman deyib.

Xəzər dənizi sahillərində yerləşən dördüncü bölgə komandanlığı Xəzərdə İranın mənafeyini qorumaq və təhlükəsizliyin təminində əhəmiyyətli rol oynayır.

H.Səyyari bildirib ki, Xəzər sülh və dostluq dənizidir və bu dənizin təhlükəsizliyinin təmin edilməsində başqalarının iştirakına icazə verilməyəcək.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.