Siyasət

Politoloq: "Kilsələri ermənilərin konfliktogenliyinin ilkin mənbəyidir"

16 Aprel 2014 12:44
Baxış: 291
Kəsab hadisələri dünyaya Erməni Apostol Kilsəsinin başçısı II Qareginlə Yüksək Kilikiya Evinin başçısı I Aram arasında məsləhətləşmədən sonra bəlli oldu.

Bunu Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru Mübariz Əhmədoğlu deyib.

Politoloq bildirib ki, Kəsab hadisələrində erməni ssenarisinin olması heç kimə sirr deyil: "Suriya və ABŞ-dakı bir qrup erməni Kəsab hadisələrindən erməni "soyqırımı"nın tanınması naminə Türkiyəyə təzyiq edilməsi üçün istifadə etmək niyyətində idilər. Ermənistan isə Kəsab ermənilərini Dağlıq Qarabağa gətirməklə bağlı plan hazırlayıbmış. Bir erməninin ölmədiyi halda Kəsab hadisələrinin "üçüncü erməni soyqırımı" adlandırılması ideyası erməni dini liderlərinə məxsusdur. Ermənistan prezidenti Serj Sarkisyan da Kəsab hadisələrinə dini liderlərdən sonra münasibət bildirdi".

M.Əhmədoğlu hesab edir ki, ermənilərin "soyqırım" termininə münasibətinin göstəricilərindən biri də Kəsabdır: "Soyqırım" terminini məsuliyyətsizcəsinə geninə boluna işlədirlər. Gürcüstanla Ermənistanın münasibətlərindəki konfliktlərin ana xəttini Erməni Apostol Kilsənin kilsə uğrunda mübarizəsi təşkil edir. Erməni Apostol kilsəsinin Bağdad Yeparxiyası ABŞ-ın İraqa hücumunun təşkilatçılarından biri idi. Livanda müsəlman-xristian münaqişəsini yaratmağı həmişə ermənilərə sifariş verirlər. Erməni Apostol Kilsəsi vaxtilə osmanlıların əlində Avropa katolisizminə və rus pravoslavlığına qarşı alət olub".

Politoloqun sözlərinə görə, Ukraynada arxiyepiskop Q.Buniatyan erməni icmasını şəxsən və məqsədli şəkildə iki hissəyə - "maydan" və Yanukeviçin tərəfdarlarına bölmüşdü. Hər iki tərəfə Ermənistan bayrağını nümayiş etdirməyi qadağan etmişdi: "Erməni Apostol Kilsəsi Moskvada kilsə tikməklə rus pravoslavlığına qarşı mübarizəyə, onu aşağılatmağa hazır olduğunu nümayiş etdirir. Ermənilərin fikrincə, rus pravoslavlığı apostol dini deyil və rusların qəlbinə ən yaxın olan yalnız erməni apostol kilsəsidir. Bununla Erməni Apostol Kilsəsi həm Rus pravoslavlığını aşağılatmaq niyyətini ortalığa qoyur, həm də Qərbdə bəlli dairələrlə əməkdaşlıq üçün yeni istiqamət yaratdığının mesajını vermiş olur. Ən mühüm məsələlərdən biri budur ki, Moskvadakı Erməni Apostol Kilsəsi Rusiyadakı erməni iş adamlarının vəsaiti hesabına tikilib".

M.Əhmədoğlu deyib ki, Erməni Apostol Kilsəsi erməni etnokriminallığının ilhamvericisi, ideya rəhbəri və koordinatoru rolunda çıxış edir: "Eçmiədzindəki kilsənin qazancının böyük hissəsi erməni etnokriminallarından gəlir. II Qaregin sırf dini ailədə böyümüş, dini təhsil almış arxiyepiskopu məhbus həyatı keçirmiş biznesmenlə çox rahatlıqla dəyişir. Eləcə də qriqorianlığın banisinin hansı Apostola və necə bağlı olması da müəmmadır. Bu mövzu yalnız ciddiliyi şübhə doğuran erməni mənbələrindədir. Bünövrədən haram torpaq üzərində qurulmuş, saxta ideyaya yiyələnmiş Erməni Apostol Kilsəsi həqiqətən böyük konfliktogenliyə malikdir. Vaxtilə Çar Rusiyası onun bu addımlarının qarşısını almaq istəsə də, erməni hiyləgərliyi Erməni Apostol Kilsəsini təhlükədən qurtarıb".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.