Oktyabrın 29-da Azərbaycan Respublikasının Zəngilan rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsinin 20 ili tamam olur.
1988-ci ildən 1993-cü ilin noyabrınadək düşmənə baş əyməyən, yağı hücumlarına sinə gərən, yüzlərlə şəhid verən Zəngilan işğala məruz qalan ən sonuncu rayon olub.
Qubadlı və Cəbrayıl rayonlarının işğalı nəticəsində mühasirəyə düşən Zəngilan əhalisi çıxış yolunu Araz çayından İran ərazisinə keçməkdə görüb. Əks təqdirdə ikinci bir Xocalı hadisəsinin baş verməsi qaçılmaz olacaqdı.
Zəngilan Birinci Qarabağ müharibəsində 188 şəhid verib, bu günədək rayonun 44 sakini itkin düşmüş sayılır.
Bakı-Culfa-Naxçıvan dəmiryolunun üzərində yerləşən bu rayon mühüm strateji əhəmiyyətə malikdir.
Ərazisi 707 kvadratkilometr, əhalisi isə 35 mindən çox olub. Rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı - üzümçülük, tütünçülük və heyvandarlıq təşkil edib.
İşğal olunmazdan əvvəl bir şəhər, bir qəsəbə və 83 kənddən ibarət olan Zəngilanda 9 məktəbəqədər müəssisə, 19 ibtidai məktəb, 15 orta məktəb, bir texniki peşə və musiqi məktəbi, 35 kitabxana, 8 mədəniyyət evi, 23 klub müəssisəsi və 22 kinoqurğu var idi.
Bütün Avropada ən böyük çinar meşəsi də bu rayonda idi. İndi düşmən baltasına tab gətirə bilməyən həmin çinarları ermənilər doğrayaraq xarici ölkələrə satırlar. Digər qiymətli ağaclar, molibden, mərmər, qızıl, qranit və digər yeraltı sərvətlər də hazırda ermənilər tərəfindən talan edilir.
Rayon ərazisində 1974-cü ildə yaradılan Bəsitçay Dövlət Təbiət Qoruğunun bərbad vəziyyətə salındığı barədə məlumatlar var. Qoruq ərazisindəki qiymətli ağacları kəsib-doğrayan ermənilər onlardan mebel sənayesində istifadə etməkdədirlər.
Zəngilanın ərazisi arxeoloji və memarlıq abidələri ilə də zəngindir. Onlardan ən böyüyü "Şəhri Şərifan" adı ilə tanınan orta əsr şəhərinin xarabalıqlarıdır.
/Trend/
Siyasət
Zəngilan rayonunun ermənilər tərəfindən işğalından 20 il ötür
29 Oktyabr 2013 00:02
35 Şərh
Baxış: 12 332
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
- Faciəvi şəkildə ölən ata və oğulun görüntüsü - FOTO
- Məşhur aparıcılar yenidən efirdə - Bu kanalda çalışacaqlar
- Yassin Benzia fantastik qolundan danışdı: “Qurban Qurbanovun... - VİDEO
- Muşeq Militonyan istefa verdi
- Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
- 8 Noyabr prospektində əsaslı təmir işləri aparılır
- Marketlərdə satılan bu yuyucu tozlar XƏRÇƏNG YARADIR
- Niadan Furkana: "Evimin erkəyi gəldi" - VİDEO
- İsmayıl Hacıbəyovun yaradıcılıq gecəsi keçiriləcək
- Baş məşqçi futbolçusu ilə sevgili olduğu üçün istefaya göndərildi
- Ermənistan yenə MDB tədbirini boykot etdi - FOTO
- Fransa NATO-dan çıxacaq?
- Yeganə ərinin qazancından danışdı
- Türk Mədəniyyəti və İrsi Fondu yeni layihəsini - “TURK DISCOVERY” "Youtube" kanalını təqdim edir
- “5 min verməsən qızların çəkdiyi videoları internetə qoyacağam” - Müğənni Elçin Zəkanın cinayət işi
- “Qarabağ” – “Neftçi” oyununun vaxtı bəlli oldu
- Bakıda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı
- “Onların heç biri ipoteka götürə bilmir”
- Hacı Nuran bu dəfə onunla FOTOsunu paylaşdı
- “Muzeydə musiqi” layihəsi çərçivəsində Filarmoniyanın kollektivi və “Gənclərə dəstək” liştirakçılarının konserti keçirilib - FOTO
- Azərbaycanlı müğənnidən kobud səhv: Adaya şəhər dedi – VİDEO
- Ev işlərində enerjiyə necə qənaət edək?
- “Təcili tibbi yardım vertolyotları alınsın”
- Makronun Silva ilə FOTOları ölkəni silkələdi