Siyasət

Bakı Şəhər Prokurorluğu Milli Şuraya xəbərdarlıq etdi

26 Oktyabr 2013 11:59
Baxış: 501
Oktyabrın 27-də Bakıda icazəli mitinq keçirəcək "Demokratik Qüvvələrin Milli Şurası" təşəbbüs qrupu üzvlərinə Bakı Şəhər Prokurorluğu tərəfindən qanun pozuntusuna yol verməkdən çəkinmək haqqında xəbərdarlıq edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakı şəhər prokurorunun müavini Fazil Həsənəliyev Müsavat partiyasından Rasim Əmiraslanov və AXCP-dən Aydın Əliyevi qanun pozuntusuna yol verməkdən çəkindirmək haqqında xəbərdarlıq edib.

Mitinq təşkilatçılarına qanun pozuntusuna yol verməkdən çəkindirmək haqqında yazılı xəbərdarlıqda deyilir: "Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış ərazidə və vaxtda toplantının keçirilməsi zamanı "Sərbəst toplaşmaq azadlığı haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə riayət olunmamaqla ictimai qaydanı pozmaqda və hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabe olmamaqda ifadə olunan, əhalinin rahatlığını, idarə, müəssisə və təşkilatların normal fəaliyyətini və nəqliyyatın işini pozan qanunsuz hərəkətlərin qarşısı qanunvericiliklə müəyyən edilmiş qaydada alınmaqla, kütləvi aksiyanın təşkilatçılarından biri kimi Sizin haqqınızda qanunda nəzərdə tutulmuş müvafiq təsir tədbirləri görüləcəkdir".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.