Siyasət

"Milli arxiv fondu haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" fərmana dəyişikliklər edildi

29 Avqust 2013 14:37
Baxış: 1 578
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Milli arxiv fondu haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 168 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.

Milli.Az AzərTAc-a istinadən bildirir ki, sənəddə deyilir: 

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Milli arxiv fondu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 31 may tarixli 667-IVQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:

"Milli arxiv fondu haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 168 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 7, maddə 430; 2006, № 8, maddə 435) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1. üçüncü bənddə "axırıncı" sözü "dördüncü" sözü ilə əvəz edilsin;
2. üçüncü və dördüncü bəndlərdə "Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsi" sözləri "Milli Arxiv İdarəsi" sözləri ilə əvəz edilsin".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.