Siyasət

Mərakeşin Azərbaycandakı səfiri: "Azərbaycan regionda həlledici rol oynayır"

3 Fevral 2010 09:59
Baxış: 1 087
- Cənab Səfir, məlumdur ki, Siz Azərbaycana yeni təyin olunmusunuz. Azərbaycandakı fəaliyyətinizin nə kimi  prioritetləri var?

- Hər şeydən əvvəl sizə diqqətinizə görə minnətdarlığımı bildirmək istəyirəm..Bildiyiniz kimi iki ölkə arasındakı əlaqələrin tarixi keçən sərin 90 - cı illərindən başlayır. O vaxtdan bu günə qədər iki ölkə arasında hər hansı bir heç bir problem qeydə alınmayıb. İki ölkə bir birini müxtəlif məsələlərdə də dəstəkləyirir və hər iki ölkədə qarşılıqlı olaraq səfirliklərin açılması ölkələrimiz arasında yüksək səviyyəli əlaqələrin mövcudluğuna dəlalət edirş. Bildiyiniz kimi əvvəlcə 2006 - cı ilin sentyabrında Azərbaycanın Mərakeş Krallığında səfirliyi açıldı daha sonra 2008 - ci l ilin noyabrında krallığın Azərbaycanda səfirliyi açıldı. İnanıram ki  Azərbaycanda olmağım iki qardaş ölkə arasındakı əlaqələrin daha da inkişaf etdirilməsinə öz töhfəsini verəcək.

Krallığın Azərbaycanda səfirliyinin açılmasından öncə Ankaradakı səfirliyinimizin Azərbaycan üçün də etimadnaməsi var idi və Azərbaycanlı bağlı işlər Ankaradan aparılırdı.

- Bildiyimiz kimi, Ermənistanın Azərbaycana təcavuzu nəticəsində Dağlıq Qarabağ  da daxil olmaqla Azərbaycan əraziləri işgal olunub. Rəsmi Rabatın Ermənistan - Azərbaycan münaqişəsi üzrə mövqeyi necədir?

- Mərakeş Krallığı Dağlıq Qarabağ problemində hər zaman Azərbaycanın yanında olub və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib.Eyni zamanda Mərakeş Azərbaycan və Ermənistan arasında aparılan danışıqları və ATƏT-in MİNSK qrupunun fəaliyyətini də yaxından izləyir. Ümid edirik ki , aparılan danışıqlar tez bir zamanda öz bəhrəsini verəcək və problem öz həllini tez bir zamanda tapacaq.

Əminliklə söyləyə bilərəm ki, Azərbaycanının sabitliyi bütün regionun sabitliyi üçün çox önəmlidir .

- Bizim ölkələrimiz arasında ticarət və iqtisadi əməkdaşlıq hansı səviyyədədir? Mərakeş ticari və iqtisadi tərəfdaş kimi Azərbaycana nə təklif etməyə hazırdır , sizin ölkəni Azərbaycanda nə maraqlandırır?

- Hər şeydən əvvəl iki tərəfli iqtisadi əlaqələrin olması və genişləndirilməsi üçün mövcud hüquqi bazaya nəzər salmaq lazımdır. Əslində iki ölkə arasında bəzi iqtisadi layihələr üzrə sənədlər imzalıb sadəcə olaraq bu layihələrin həyata keçməsini gözləyirik. Xususilə investisiyaların qarşılıqlı qorunması və stimullaşdırılması ,ikiqat vergiqoymanın aradan qaldırılması,təhsil və ədliyyə sahəsində əməkdaşlıq müqavilələri.

- Azərbaycan regionun aparıcı dövlətlərindən biridir. Azərbaycanın regionda apardığı siyasəti necə dəyərləndirirsiniz?

- Ümumiyyətlə Azərbaycan və Mərakeş arasında oxşarlıqlar var. Azərbaycan, region dövlətləri ilə balanslaşdırılmış və qarşılıqlı dialoqa əsaslanan uğurlu bir siyasət yürüdür. Biz də bu siyasəti dəstəkləyirik çünki, Mərakeş Krallığı da regionda və qonşu dövlətlərə qarşı oxşar siyasət yürütməkdədir. Hesab edirəm ki, Azərbaycanın apardığı siyasət yüksək qiymətləndirilməlidir. Çünki dialoq və balanslaşdırılmış siyasət ölkədə və dunyada stabilliyin  və sülhün qarantıdır. Əslində aparılan siyasət Azərbaycan diplomatiyası üçün yenilik  deyil.Bu sahədə Vaşinqton Nyu York hətta Bakıda tanış oluğum diplomatların  Azərbaycanın milli maraqlarını müdafiəsi və xüsusən də Dağlıq Qarabağ həqiqətlərinin beynəlxalq aləmdə tanıdılması üçün etdikləri səylər əvəzsizdir. Bu xüsusiyyətlərin diplomatlarda olması çox yaxşıdır.

- Bizdə Azərbaycan diplomatiyasını bu məsələdə tam dəstəkləyirik və haqqın bizim tərəfimizdə olduğuna əminik və haqq da bizim tərəfimizdədir.

- Dolayısıyla demək istəyirəm ki, Azərbaycanın regionda rolu və önəmi əvəzsizdir. Azərbaycanda stabilliyin olması rəsmi Bakı ilə əlaqələrə önəm verən Mərakeş Krallığı üçün də çox əhəmiyyətlidir.

- Mərakeş ÜTT - nin (Ümumdünya Ticarət Təşkilatı) üzvüdür və Azərbaycanda bu təşkilata üzv olmaq istəyindədir. Mərakeş Azərbaycana bu təşkilata üzv olmaqda hansı köməkliyi göstərə bilər?

- Bildiyiniz kimi, Ümumdünya Ticarət Təşkilatı Mərakeşdə təsis olunub. Təbii ki, Mərakeş Krallığı da  ÜTT -də qazandığı sini Azərbaycanla paylaşa bilər.

Mərakeş Krallığı bundan əvvəl aparılan bütün proseslərdə aktiv və aparıcı rol alıb və Mərakeşi ÜTT - nin qərargahı da hesab etmək olar. Ona görə də tam əmin killə deyə bilərəm ki , Əyər Azərbaycan tərəfindən belə bir tələb və istək olsa Mərakeş Krallığı tərəddüd etmədən öz təcrübəsi ilə paylaşmağa hazırdır. Bildiyiniz kimi ÜTT - nin bu quruma üzv olmaq istəyən ölkələr müəyyən mərhələlərdən keçməli və öhdəliklər yerinə yetirməlidirlər. Hal hazırda Azərbaycanın ÜTT yə uzvlük məsələsində hansə mərhələdə olduğunu  tam olaraq bilmirəm. Lakin hesab edirəm ki, quruma üzvlük üçün ciddi addımlar atılır və Azərbaycan adıçəkilən təşkilara üzv olduqdan sonra mühüm rol oynayacaq.

/Trend News/

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.