Fotosessiya

Biabırçı tələb: "Qələbə istəyirsənsə, yemə" - FOTO

26 Oktyabr 2016 18:25
2 Şərh     Baxış: 3 038
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Miss İslandiya" gözəllik müsabiqəsinin qalibi Arna İr Younsdouttir məruz qaldığı aşağılanmadan bəhs edib.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, finalı oktyabrın 25-də ABŞ-ın Las-Veqas şəhərində keçirilmiş "Miss Grand International" gözəllik müsabiqəsinin təşkilatçısı, taylandlı teleaparıcı Navat İtsaraqrizil island modelə deyib: "Səhər yeməyi yemə, naharda ancaq salat ye, axşamlar da ancaq su iç. Müsabiqəyədək belə davran. Qələbə istəyirsənsə, yemə".

Reykyavik sakini olan Arna 2015-ci ildə "Miss İslandiya" seçilib. O, idmançıdır və İslandiyanın şüvüllə tullanma üzrə yığma komandasının üzvüdür.
20 yaşlı Arna müsabiqədən imtina edib.
"Əgər olduğum kimi məni bəyənmirlərsə və arıqlamağımı istəyirlərsə, belə müsabiqə mənə gərək deyil. Doğurdur, çiyinlərim bir qədər enlidir. Amma bu, idmanla məşğul olmağımın səbəbidir. Bundan sonra gözəllik müsabiqələrinə qatılan deyiləm. And içmişəm".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.