Fotosessiya

Brabus-dan Mercedes-AMG GLE 63 - FOTO

31 İyul 2016 10:15
Baxış: 1 796
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük və güclü avtomobil istəyirsiniz? Sizə "Mercedes-AMG GLE 63" lazımdır. Onun üslubunu superkar kimi istəyirsiniz? O zaman "Brabus"-a müraciət edin.

Milli.Az auto.az-a istinadən bildirir ki, tünerin "GLE 63"-ü kifayət qədər təmkinli görünür. Asmada yeni karbon elementlər və hətta xüsusi hazırlanmış 23-düymlük təkərlər, - etiraf edək ki, - onu zəif klirensli, 2,5 tonluq superkar kimi göstərmir.

Bilirsiniz, doğma işarələrin əvəzinə yazılan "B" hərfi bizə başa salır ki, avtomobildə 700 a.g. və 960 Nm gizlənir və bu, maksimal olaraq 300 km/saat deməkdir.

Siz deyin, azdır? "Brabus"-un bu suala cavabı var - onsuz da güclü olan "GLE 63" 850 6.0 Biturbo versiyasında 850 a.g. və 1450 Nm-ə sahib olar və ilk yüzlüyü 3,8 saniyəyə yığır, maksimal sürəti isə 320 km/saata çatır. (SUV elə SUV-dur).
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.