Fotosessiya

Saqqallı qız: "Onları vecimə də almıram" - VİDEO - FOTO

2 İyul 2015 16:09
11 Şərh     Baxış: 4 639
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əvvəllər üzümü həftədə iki-üç dəfə mumla sürtür, tüklərimi epilyasiya edirdim. Amma tüklər yenə çıxırdı. Sonra saqqaldan qurtulmaq üçün üzümü qırxmağa başladım. Əvəzinə saqqalım daha da sıxlaşdı. Axırda saqqallı yaşamağa qərar verdim.

Britaniyanın Berkşir qraflığındakı Slou şəhərinin sakini, 23 yaşlı Harnaam Kaur Siqhdir. O, saqqallı qızdır.
Milli.Az ABC-yə istinadən bildirir ki, 16 yaşında üzünə sıx tüklər çıxmağa başlayan və saqqallı xanıma çevrilən Kaur indi durumu ilə bağlı əvvəlki təki depressiyaya qapılmır.
Əksinə, Harnaam onun kimi ifrat tüklü xanımların hüquqları uğrunda mübarizə aparan təşkilatların ən aktiv üzvlərindən biridir.
Harnaam Kaurda polikistoz yumurtalıq sindromu var. Bu mərəz endokrin sisteminin pozuntusu olaraq qadınların orqanizmlərində hormonal disbalans yaradır və nəticədə bədənin müxtəlif yerlərində arzuolunmaz tüklənmə başlanır.
"Əslində, üzümə 11 yaşım olanda tüklər çıxmağa başlamışdı. 16 yaşıma qədər problem ciddi deyildi. Amma sonra əməlli-başlı saqqalım oldu. Əvvəl məktəbdə, sonra liseydə məni ələ salırdılar. İndi həyatımı yaşayıram və mənə təəccüblə baxanları vecimə almıram", - Harnaam Kaur söyləyib
O, bu yaxınlarda model karyerasına başlayıb.

Milli.Az

Videonu izləmək üçün şəkilə klikləyin.​

фото

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.