Fotosessiya

Məşhur serial qalmaqal yaratdı - VİDEO - FOTO

16 İyun 2015 10:08
1 Şərh     Baxış: 4 698
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın HBO telekanalında nümayiş olunan və dünyanın ən populyar teleserialına çevrilən "Game Of Thrones"un 5-ci mövsümünün finalı çox böyük səs-küyə, müzakirələrə, qalmaqala səbəb olub.
Serialda Serseya Lanniister obrazını yaradan 41 yaşlı aktrisa Lena Hidi ssenariyə uyğun olaraq, atın üzərində lüt vəziyyətdə şəhər küçələrindən keçməliydi.
Milli.Az Entertainment Weekly-yə istinadən bildirir ki, aktrisa ikinci övladına hamilə olduğundan həmin səhnələrdə onu dublyor qadın əvəzləyib.
Buna rəğmən, seriyanın bəzi səhnələrində hamilə aktrisa lüt olub.
Milli.Az Entertainment Weekly-yə istinadən bildirir ki, Kral Limanı şəhərinin küçələrində lüt yeriyən, sonra ata mindirilən Serseya Lanniisterin bu aşağılanma səhnələri Xorvatiyanın Dubrovnik şəhərində çəkilib.
Bundan başqa, səhnələrin çəkilişində dublyorun vücudu sonradan aktrisa Hardinin başı ilə "birləşdirilib". Montaj aşkar sezilirdi, çünki bədən və başın proporsiyaları uyğun gəlmirdi.
Mövsümün son seriyası sosial şəbəkələrdə geniş müzakirə olunub. Twitter-də isə "Corc Martin, sən dünyanın ən qəddar adamısan!" yazılıb.
 

Milli.Az

фото

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.