Fotosessiya

Jan-Klod Van Damm boşadığı arvadı ilə barışdı - FOTO

1 İyun 2015 12:48
1 Şərh     Baxış: 2 691
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyanın ən populyar aktyorlarından biri Jan Klod Van Damm 1992-ci ildə ayrıldığı xanımı Qledis Portugezlə barışıb.

Onlar yenidən birlikdə yaşayırlar.

Milli.Az TMZ-yə istinadən bildirir ki, Van Damm iki övladının anasından ayrılandan sonra evlənmiş, boşanmışdı. Bu ilin martında o, Qledis Portugezlə yaşamağa başlasa da, yenə münasibətləri korlanmışdı.
İndisə Jan Klod və Qledis yenidən birlikdədirlər.

"Birləşməyə qərar verdik. Ailə və uşaqlar bizim üçün hər şeydir. Dünyada boşanmaların, dağılan ailələrin sayı artır. Bu, çox pisdir. Tanrıya minnətdaram ki, Qledislə bir-birimizi anladıq", - Jan Klod Van Damm söyləyib.

Van Dammla Portugezin izdivacında doğulmuş Kristofer və Byanka da valideynlərinin qərarını bəyəniblər.

Jan Klod Van Damm indiyədək 5 dəfə ailə qurub.
 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.