Fotosessiya

19 yaşlı, tüklü Yasəmən Qasımova: "Tüklü olmaqdan həzz alıram" - FOTO

28 May 2015 09:49
0 Şərh     Baxış: 35 160
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qadın gözəlliyi ilə bağlı təsəvvürlər yanlışdır. Hər halda mən belə düşünürəm. Vücudumdakı tüklər arasında qadınların "arzuolunmaz" saydıqları yoxdur. Çünki tüklü olmaqdan həzz alıram".

İngiltərənin Redinq şəhərində yaşayan gənc Yasəmən Qasımova epilyasiyanı əsla sevmir.
Milli.Az bildirir ki, Liverpul Universitetinin fəlsəfə və kompüter texnologiyaları fakültəsinin tələbəsi Yasəmən 11 yaşından etibarən ayaqlarının tüklü olduğunu deyib.
İndi onun üzü, ayaqları, sinəsi, hətta qarnı tüklüdür.
Dediyinə görə, yalnız turist səfərinə yollananda, yaxud yeni sevgilisi ilə tanış olanda üzünü qırxır.
Yasəmən Qasımova Twitter-dəki profilində tüklü ayaqları, qarnı və üzünün fotolarını həvəslə paylaşır.
"Tüklü olmaq pis deyil. 8 ildir bədənim tüklüdür və özümü əsla pis hiss etmirəm. Qadınların "arzuolunmaz tüklər"lə mübarizə apardıqları cəmiyyətdə özümü əla, normal hiss edirəm və kimin nə düşündüyü də eynimə deyil", - Yasəmən Qasımova deyib.
Onun sözlərinə görə, 10 yaşı olanda yuxarı dodağının üstündə, bığ yerində tüklər çıxanda onu məktəbdə ələ salırdılar. 
Bir il sonra Yasəmən acığa düşüb və sinif yoldaşlarına meydan oxuyaraq tüklərə əl vurmayıb.
"Bədənimdəki tükləri qırxmaqdan xoşum gəlmir. Çünki çox vaxt aparır, ağrılıdır və üstəlik, qırxılan tüklər az sonra yenidən, daha gur çıxır. Belədirsə, tükləri qırxmağın nə mənası var?!" - 19 yaşlı Yasəmən söyləyib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.