Fotosessiya

Ana vəhşiliyi: oğlunun boynuna kəndir salıb "it" etdi - FOTO

28 May 2015 11:34
47 Şərh     Baxış: 13 659
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Anasının vəhşi, insanlıqla bir araya sığmayan davranışına məruz qalmış uşağın fotosu son günlər sosial şəbəkələrdə ən çox dolaşan şəkillər arasındadır.

Şəkillərdə lüt soyundurulmuş, çılpaq, boğazına kəndir salınmış 2 yaşlı oğlan var. Anası bu övladının boğazına saldığı kəndirdən tutub və uşağını it yeminin qoyulduğu qabdan yeməyə vadar edir.
Milli.Az KNBC-yə istinadən bildirir ki, fotonu İrlandiyanın paytaxtı Dublində yaşayan 46 yaşlı Larlin Hilyard çəkib.
Uşaqların hüquqlarının müdafiəsi ilə məşğul olan "Nolonger Victim" təşkilatının banisi və rəhbəri L.Hilyardın dediyinə görə, övladı ilə belə vəhşicəsinə davranan ana mütləq məsuliyyətə cəlb olunmalıdır.

Fotolarla ABŞ polisi maraqlanıb və Filippin DİN-i ilə əlaqə saxlanılıb.
Maniladan verilən məlumata görə, bu qadının axtarışlarına başlanıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.