Fotosessiya

Bacısı Nuri Sərinləndirici üçün qız tapdı və... - FOTO

27 May 2015 10:24
3 Şərh     Baxış: 8 371
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az xəbər verir ki, estrada müğənnisi Nuri Sərinləndirici yaxın günlərdə pərəstişkarlarını yeni mahnısı və klipi ilə sevindirəcək.

Müğənni rus dilində yazılan "Ya, ya, ya (Mən, mən, mən)" adlanan mahnısını bu dəfə də dəyişilməz duet ortağı Jane Şirokihlə birgə ifa edib.

Real hitə namizəd olacaq mahnının klip çəkilişləri haqda daha ətraflı məlumatı Nurinin yaradıcı layihələrinə rəhbərlik edən teleparıcı Lamiyyə  Ələkbərqızından aldıq:

"Əminliklə deyə bilərəm ki, sözləri İkram Əliyev, musiqisi Rəşad Bağırova məxsus olan mahnı bu yayın ən qaynar hitləri sırasında öz yerini tutacaq. Ritmik duet görüntü baxımından  yay ab-havasını tələb etdiyi üçün komanda olaraq qərar verdik ki, çəkilişlər Birləşmiş Ərəb Əmirliklərində aparılsın. Yaradıcı heyət Rusiyadan birbaşa Dubaya səfər etdi. Mən və klipdə Nurini, Jane və balaca müğənnimiz Aylanı qrim etmiş stilist dostumuz Nura Babayeva Bakıdan sözügedən şəhərə uçduq.

Ekran işinin süjet xətti var. Mən boşuna istedadlı Aylanın adını vurğulamadım. Ailəvi dostumuzun övladı olan bu qız həm mahnıda üçüncü ifaçı kimi öz səs imkanlarını üzə çıxardı, həm də Nurinin bacısı rolunda kameralar qarşısına keçdi. Süjet xəttinə görə Nuri və Jane bir məhəllədə yaşayan iki qonşu obrazını canlandırırlar. Ayla da israrla istəyir ki,  qardaşı qonşu qızına aşiq olsun. Və istəyinə çatmaqdan ötrü bütün imkanlarını səfərbər edir. Hətta klipdə elə kadrlar var ki, o, Nurini geyimdə olmasına baxmayaraq hovuza belə itələyir.

Tam detalları açıqlamaq istəmirəm, onu bilin ki, klipin sonunda bacı qardaşının fikrini müsbətə doğru dəyişməyə müvəffəq olur".

Lamiyyə xanım onu da əlavə etdi ki, Nurinin iyun ayının ortalarında üzə çıxaracağı ekran işi Rusiyanın bir neçə musiqi telekanallarında nümayiş olunacaq. Məhz buna görə yaradıcı heyət rus dilində oxunan mahnıya klip çəkməyə üstünlük veriblər.

Müğənninin yenilikləri bununla da tamamlanmır.

Yay fəsli boyunca N.Sərinləndirici 10-a yaxın yeni mahnısını lentə aldırmaqdan ötrü istirahət demədən gününü səsyazma studiyalarında keçirəcək.

Elşən İmanov

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.