Fotosessiya

Canlı yayımda vəhşilik: böyük qalmaqal yaranıb - VİDEO - FOTO

27 May 2015 13:07
0 Şərh     Baxış: 3 215
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Danimarkadakı 24/7 radiostansiyasında heyvanların hüquqlarının qorunmasına həsr olunmuş proqram böyük qalmaqalla başa çatıb.
Proqramın aparıcısı Asger Yul heyvanların hüquqlarının müdafiəsi sahəsində həmvətənlərinin saxtakarlıq və ikiüzlülük etdiklərini göstərməyə çalışıb.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, o, studiyaya "Alan" adlı 9 aylıq dovşan balası gətirmişdi. 
Studiyada mübahisələrin başa çatmasına az qalanda, heyvan haqlarının müdafiəsi ilə məşğul olan təşkilatın nümayəndəsi Lesse Kessler studiyanı tərk edəndə Yul planını icra etməyə başlayıb.
Danimarkalıların hər gün ət yediklərini və "zavallı heyvanların qorunması" ilə bağlı söhbətləri maksimal naturalizmlə əvəzləyəcəyini deyən aparıcı "İndi studiyada dovşan əti hazırlayacağam!" söyləyib.

Bunu eşidən Lesse Kesler studiyaya qayıdaraq dovşan balasını xilas etməyə çalışıb. Amma artıq gecdi. Asger Yul "Alan"ın başına velosiped nasosu ilə 3 zərbə vuraraq dovşan balasını öldürmüşdü.
Daha sonra o, dovşan ətindən raqunun hazırlanmasına uşaqları da cəlb edib.
"Yemək yeməliyəm. Deməli, yemək hazırlamağım üçün bu heyvan ölməliydi", - Yul söyləyib.

Bu olay ölkədə çox böyük qalmaqal doğurub.

Asger Yul TV2 telekanalına verdiyi müsahibəsində deyib: "Danimarkalılar hər gün ət yeyirlər, amma heyvanların öldürülməsi ilə razı deyillər. Belə davranış absurddur. Axı ət yemək üçün heyvanı öldürmək lazımdır. Qətl hər kəsin qatılması gərəkən diskussiyanın tərkib hissəsidir".

Qalmaqal da radioaparıcını qorxutmayıb: "O dovşan balasının ətindən əla raqu alındı. Mənə 8 və 6 yaşlı iki uşaq da yardım etdi".
 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.

фото

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.