Fotosessiya

Tovuza dolu yağdı, sahələr məhv oldu - YENİLƏNİB - VİDEO - FOTO

26 May 2015 13:39
1 Şərh     Baxış: 4 361
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

10:48

Kəpəz TV-nin (Region TV) verdiyi xəbərə görə, Tovuza yağan dolu bir sıra ucqar dağ kəndlərində fəsadlar törədib.  Dolu 40 dəqiqə ərzində rayonun Qandallar, Çatax, Böyük Qışlaq, Kazımlı kəndlərində əkin sahələrini, yaşayış evlərinin dam örtüklərini, pəncərə şüşələrini yararsız hala salıb. İlkin məlumata əsasən, 230 evə ziyan dəyib. Güclü küləklə müşahidə olunan dolu, ardından yağışa çevrilib ki, bu zaman Qandallar kəndi ərazisindən axan çayın üzərindəki kiçik körpü də uçub. Rayon Fövqəladə Hallar Komissiyasının üzvü Şakir Rüstəmovun verdiyi məlumata görə, təbiət hadisəsi nəticəsində 2 evi su basıb. Bundan başqa meyvə bağları, 100 hektara yaxın kartof sahəsi buz parçalarının altında qalaraq məhv olub. Rayon Fövqəladə Hallar Komissiyasının üzvləri kəndlilərə dəyən ziyanın miqdarını hesablayırlar. 

---------

09:53

TTV (Region TV) xəbər verir ki, Tovuzun dağ kəndlərinə güclü dolu yağıb. Yarım saata yaxın davam edən dolu rayonun Böyük-Qışlaq, Çatax və Qandallar kəndlərində ciddi fəsadlar törədib. Diametri 3-5 sm-ə çatan buz parçaları evlərin damına, kənd təsərrüfatına ciddi ziyan vurub. Daha çox ziyan kənd sakinlərinin becərdiyi kartof sahələrinə dəyib. Təxminən bir-iki saatdan sonra əriməyə başlayan dolu sel yaradıb. Dağlardan axan sel yollarda yarğan əmələ gətirib. Getdikcə güclənən sel evlərə də dolub. Təbii fəlakətlə bağlı Tovuz Rayon İcra Hakimiyyətində fövqəladə komissiya yaradılıb. Hazırda mütəxəssislər kəndə dəymiş ziyanı müəyyənləşdirirlər. İlkin araşdırmaların nəticələrinə əsasən, belə hava şəraiti son dörd ildə müşahidə olunmayıb. Təbii fəlakət zamanı insan və ya heyvan tələfatı qeydə alınmayıb.

Milli.Az

---------

13:39

Videonu izləmək üçün şəklə klikləyin.

фото

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.