Fotosessiya

Hindistanda bürkü fəlakəti: 540 ölü - FOTO

26 May 2015 10:58
0 Şərh     Baxış: 1 775
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hindistanda havaların həddən artıq isti keçməsi nəticəsində günvurmadan ölənlərin sayı 540 nəfərə çatıb.

Ölkədə havanın orta temperaturu +48 dərəcəyə çatıb.

Milli.Az AsiaOne-a istinadən bildirir ki, paytaxt Dehlidə dünən +45 dərəcə olub.

Times Of İndia-nın məlumatına görə, günvurmadan və bürküdən ölənlərin sayı bundan sonra da sürətlə artacaq.

Ekspertlərin dediklərinə görə, rəsmi statistikadan fərqli olaraq, günvurmadan ölənlərin sayı daha çoxdur.

Meteoroloqlar isə vurğulayıblar ki, ekstremal dərəcədə isti hava şəraiti bundan sonra bir neçə gün davam edəcək.

Kəlküttə şəhərindəki məşhur "sarı taksi"lər işləmir. Sürücülər 2 həmkarları günvurmadan öləndən sonra yola çıxmaqdan boyun qaçırıblar.

Hindistan hökuməti ekstremal hava şəraiti ilə əlaqədar olaraq ölkədəki bütün həkimlərin məzuniyyətlərini təxirə salıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.