Fotosessiya

Dünyaca məşhur alim həlak oldu - FOTO

25 May 2015 12:28
0 Şərh     Baxış: 1 174
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Nyu-Cersi ştatındakı avtomobil qəzası Nobel mükafatı laueratı Con Neşin həyatına son qoyub.

Milli.Az ABC-yə istinadən bildirir ki, 86 yaşlı riyaziyyatçının xanımı, 82 yaşlı Elislə birlikdə oturduğu taksi qəzaya düşüb.

Elis Neş də aldığı travmalardan həlak olub. Polisdən verilən məlumata görə, Con və Elis Neşlərin həlak olmalarının bir səbəbi də onların təhlükəsizlik kəmərlərindən istifadə etməməlidir.

Taksi sürücüsü maşının öhdəsindən gəlməyib və avtomobil yol kənarındakı səddə çırpılıb.

Con Neş 1994-cü ildə iqtisadiyyat üzrə Nobel mükafatı almışdı. Ötən həftə isə Neş qeyri-xətti differensial tənliklər nəzəriyyəsinə verdiyi töhfələrə görə 1 milyon dollarlıq Abel mükafatına layiq bilinmişdi.

Dünya elmində Abel mükafatı nüfuzuna görə Nobel mükafatına tay tutulur.

Dahi riyaziyyatçının tərcümeyi-halı əsasında "Şüur oyunları" filmi çəkilmişdi və bu lent bir neçə nominasiyada "Oskar" mükafatı almışdı.

Filmdə baş rolda oynamış aktyor Rassel Krou alimin həlak olması ilə bağlı Twitter-dəki akkauntunda yazıb: "Ürəyim Con və Elisin ailəsi ilədir. Gözəl beyinlər, gözəl ürəklərdi".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.