Fotosessiya

Bütün ölkə bu gəncdən danışır - VİDEO - FOTO

25 May 2015 11:58
3 Şərh     Baxış: 3 686
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Siqhizmdə kişinin başındakı əmmaməni açması ən böyük haram, günah əməldir. Siqh kişi yalnız öləndə onun əmmaməsi açılır, çünki siqhin saçını onun ailə üzvlərindən savayı kimsə görməməlidir.

Lakin bu siqh gənc kiçik oğlanı xilas etmək üçün bir an da düşünmədən dininin tələblərini pozub, əmmaməsini çıxararaq uşağın altına sərib.
Milli.Az The New Zealand Herald-a istinadən bildirir ki, 22 yaşlı Harman Sinqh indi medianın, sosial şəbəkələrin qəhrəmanıdır.
O, 5 yaşlı Tecon Pahianın xilas olunmasında ən aktiv şəkildə iştirak edib.
Sinqh tələbədir və Yeni Zelandiyanın paytaxtı Oklenddəki universitetdə oxuyur.
Olay mayın 15-də baş vermişdi. Tecon Paşia oxuduğu orta məktəbdən qayıdanda onu yolda maşın vurmuşdu. Huşunu itirmiş uşaq asfalta sərilmişdi.
Bunu Harman Sinqh görüb və qaçaraq özünü hadisə yerinə çatdırıb.
O, yerə yıxılmış uşağı görəndə başındakı əmmaməni çıxararaq Teconun altına sərib.
Bu zaman Rahman dininin tələblərini və şərtlərini yox, balaca oğlanın həyatını xilas etməyi düşünürdü.
Hindistan vətəndaşı olan, Oklenddə universitetdə oxuyan tələbənin hərəkəti milyonlarla insanı riqqətə gətirib.
Onun Oklenddə kirayədə qaldığı mənzilə baş çəkən reportyorlar otağın çox kasad olduğunu, Harmanın yerdə yatdığını görüblər.
Bu reportaj nümayiş olunandan sonra Harmana yardımlar ünvanlanıb.
Oklenddəki "Big Save" mebel şirkəti isə bir yük maşını dolusu mebeli Harmana hədiyyə edib.
"Bütün bunnlar həyatımın ən böyük sürprizidir. Atam ötən il vəfat edib. Düşünürəm ki, atam sağ olsaydı, mənimlə fəxr edərdi", - Harman Sinqh deyib.
 

Milli.Az

фото

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.