Fotosessiya

Qalmaqallı milyarder və yarıçılpaq məşuqələr - FOTO

25 May 2015 14:15
0 Şərh     Baxış: 2 695
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avstraliyalı tütün maqnatı, özünü "Candyman" adlandıran Trevers Beynonun həyatı artıq medianın sürəkli diqqətindədir.

Avstraliyanın Qold-Kost şəhərindəki "CandyMansion" villasındakı yaşamını az qala fasiləsiz əyləncə və partiyə çevirmiş Beynon burada xanımı Tişa və 4 övladı ilə birlikdə yaşayır.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, içki məclisləri və yarıçılpaq modellərin arasında övladlarını böyüdən Beynon sərt tənqid olunur.
Amma onun xanımı tənqidləri əsassız sayır: "Ailəmiz normaldır, uşaqlarımız da bütün uşaqlar kimi böyüyürlər. Gündüzlər adi ailəyik. Ərim də bizim müdafiəçimiz, ailəmizin başçısıdır".
Tişa ərinin qanuni arvadı olsa da, Treversi indiyədək yüzlərlə qadınla paylaşdığını deyib.
"Burada qəribə nə var ki?! Ərim başqa qadınlarla yatsa da, cinsi əlaqədə olsa da, məni sevir. Ən yaxın rəfiqəm hər gecə mənlə və ərimlə birlikdə yatır", - "Freechoice Tobacco" şirkətinin sahibi Trevers Beynonun xanımı Tişa deyib.
Trevers Beynonun İnstagram-dakı akkauntunda 700-dən artıq foto var.
Milyonçunun sabiq xanımı, Ninibet Beynon 1991-ci ildə "Miss World" gözəllik müsabiqəsində qalib gəlmişdi.
Ninibet Himenes Hillin Treverslə nikahdan Valentino və Luçano adlı iki oğlu var.
O, indi dizayner işləyir və sabiq əri barədə danışmaq istəmir.
 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.