Fotosessiya

Şok kadr: qadın ruhun şəklini çəkdi - FOTO

25 May 2015 12:52
6 Şərh     Baxış: 4 647
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Felisti Koul qorxudan hələ də özünə gələ bilmədiyini deyib. Tasmaniya adasının sakini olan bu qadın Avstraliyanın Kuinslend ştatının şimalındakı Taunsvilldə yerləşən "Spark It Up at The Brewery" restoranında qorxulu durumla qarşılaşdığını deyib.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, restoranda olarkən fotolar çəkmək fikrinə düşən Felisti Koul sonradan həmin şəkillərə baxanda vahimələnib.

Çünki fotolarda açıq-aşkar ruh görünürdü.

"Fotolardakı şəffaf fiqurun nə olduğunu bilmirəm. Yalnız onu deyə bilərəm ki, Photoshop-dan istifadə etməmişəm. Nə varsa, elə də çəkmişəm", - Koul söyləyib.

38 yaşlı Martin Sprinqoll 2014-cü ilin iyulunda Yaponiyadakı Dzusi şəhərinin yaxınlığında qızının fotosunu çəkmiş, sonradan fotoya baxanda qızının arxasında sirli ayaqları görmüşdü.
 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.