Fotosessiya

Azərbaycanın bu guşəsi hər kəsi heyran edəcək - FOTO

25 May 2015 10:11
12 Şərh     Baxış: 2 773
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsmayıllı rayonunun Lahıc kəndi I Avropa Oyunlarını izləmək üçün Azərbaycana gələcək turistlərin istirahəti üçün gözəl məkanlardan biridir. Trend-in məlumatına görə, dağlar arasında yerləşən Lahıc Azərbaycanın şimalında, Böyük Qafqaz sıra dağlarının cənub yamacında dəniz səviyyəsindən 1505 m hündürlükdə yerləşir.

Lahıc Girdiman çayı sahilində yerləşməklə Babadag və Niyaldag silsilələri ilə əhatə olunur və ona təbii qala şəraiti bəxş edir. Belə bir coğrafi məkan qədim zamanlarda Lahıcın xarici təsirlərdən, basqınlardan yaxşı müdafiə olunması üçün imkan yaratmışdır.

Lahıcın ən möhtəşəm abidəsi Girdiman çayının sahilindəki 72 otaqlı, 3 mərtəbəli Hacı Paşa evidir. Bu ev XVIII əsrin ortalarında 14 il müddətində, Lahıcın memarlıq üslubunun bütün komponentləri nəzərə alınaraq inşa olunmuşdur. Binaya giriş iki tərəfdən mümkündür: Bədəvan məscidi (bu məscid də xeyriyyəçi Hacı Paşanın şəxsi vəsaiti hesabına inşa olunub) tərəfdən, ikincisi Girdiman çayının sol sahili istiqamətdən. Bu binanı Lahıc camaatı "Hacılar həyəti" də adlandırır.

Lahıc Tarix-Mədəniyyət qoruğu elan olunduqdan sonra Hacı Paşa evi dövlət tərəfindən qorunan abidələrin siyahısına (səhvən Hacı Qurban evi kimi) daxil edilmiş, lakin bu möhtəşəm tarixi abidənin qorunub saxlanılması ücün heç bir iş görülməmişdir. İldən-ilə bu tarixi abidə baxımsızlıqdan uçub-dağılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.