Fotosessiya

Bakıya bir də buradan baxın - FOTO

24 May 2015 17:24
1 Şərh     Baxış: 3 514
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı funikulyoru I Avropa Oyunları zamanı ölkəmizə gələcək turistlər üçün doğma şəhərimizin daha bir özəl rəmzi sayıla bilər.

Trend-in məlumatına görə, 1960-cı ildə fəaliyyətə başlayan funikulyor 2012-ci ildə yenidənqurma və təmir işlərindən sonra yenidən paytaxt sakinlərinin və qonaqların istifadəsinə verilib.

Bakı funikulyoru kompüter sistemi ilə idarə olunur. Hər hansı bir texniki nasazlıq aşkarlandıqda dərhal mərkəzə məlumat ötürülür. Beləcə, baş verə biləcək problemin qarşısını vaxtında almaq mümkün olur.

Xüsusi rahatlığı ilə seçilən vaqonlar isə sərnişinlərin ətrafı seyr etmələri üçün şüşəbəndlə əhatələnib. Funikulyorun 2 stansiyası var: "Bəhram Gur" və "Şəhidlər xiyabanı".

Bu iki stansiya arasında rahat vaqonlarda hərəkət edən şəhərimizin sakinləri və qonaqları isə İlk Avropa Oyunlarına ev sahibliyi edəcək Bakının təkrarolunmaz mənzərəsini seyr edə biləcəklər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.