Fotosessiya

Alman ruhlu Ferrari California - FOTO

23 May 2015 23:35
0 Şərh     Baxış: 847
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yeni model "Ferrari California T"-nin buraxılışından bir ildən bir qədər çox vaxt keçib, lakin hələ də onun tüninqi ilə məşğul olmağa heç kim cəhd etmirdi. İlk və çox güman ki, müvəffəqiyyətli addımı "Novitec Rosso"-dan alman ustalar atdılar. Nəticədə məhsuldar, gözəl və cazibədar model "Ferrari California T" əcl incəsənət əsəri oldu.

Milli.Az auto.az-a istinadən bildirir ki, "Novitec"-in mühəndisləri sayəsində italyan superkarının gücü artdı, o, yeni aerodinamik ban və yenilənmiş interyer aldı. İkili turboyükləyicisi olan 3,8 litrlik 8-silindrli mühərrikə indi 68 a.g. əlavə edildi, fırlanma anı isə 101 Nm artdı.

İndi mühərrik maksimal 646 a.g., 856 Nm fırlanma anı verir. Belə göstəriciləri ilə "California T" 100 km/saata 3,3 saniyəyə sürətlənir, maksimal sürəti isə 323 km/saatdır.

"Ferrari"-nin xarici görünüşü də çox dəyişib. Qabaq hissədə karbon lifindən spoyler, kapot üzərində isə 2 havaçıxıntısı quraşdırılıb. "California T" isti havanın çıxması üçün yan tərəflərdə "qəlsəmələr" də alıb. Arxa görünüş güzgüsü, radiator barmaqlığı da karbon lifindən hazırlanıb.

Banın arxa hissəsinin tüninqinə karbondan olan bir sıra detallar daxildir: diffuzor, spoyler, arxa panel və arxa fənərlərin üzlükləri. "California T"-nin dizaynında son cizgilər 22-düymlük disklər və yeni qazburaxma sistemi oldu.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.