Fotosessiya

İŞİD məscidi partlatdı, "yenə olacaq" dedi - FOTO

23 May 2015 09:45
3 Şərh     Baxış: 1 037
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Səudiyyə Ərəbistanınn Katif vilayətindəki Əl Qədih kəndində yerləşən İmam Əli məscidindəki partlayışa görə "İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatı məsuliyyəti öz üzərinə götürüb.
Milli.Az Al Jazeera-ya istinadən bildirir ki, teraktda 20 nəfər həlak olub, 70 nəfər yaralanıb. Yerli şiələr Hz.İmam Hüseynin (ə) mövludu münasibətilə məscidə yığışdıqları zaman partlayış törədilib.
İŞİD dünən partlayışı gerçəkləşdirmiş "canlı bomba"nın fotolarını yayıb. Həmin şəxs 19 yaşlı Əbu Əli əl Zəhranidir.

Səudiyyə Ərəbistanının şərqində, paytaxt Ər-Riyaddan 400 kilometr aralıda yerləşən kənddəki partlayışla bağlı İŞİD onu da bəyan edib ki, Səudiyyə Ərəbistanı Yəmənə yeritdiyi qoşunlarını çıxarmazsa və İraqla Suriyadakı "mənfur rejimlərlə bağlı ədalətli siyasət yürütməzsə", partlayışlar davam edəcək.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.