Fotosessiya

Gözəllər, aktyorlar, milyonçular bir arada - FOTO

22 May 2015 12:11
0 Şərh     Baxış: 1 619
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransanın Kann şəhərinin yaxınlığındakı Kep-de-Antib şəhərindəki "Hotel du Cap-Eden-Roc" otelində keçirilmiş "Cinema Against AIDS Gala" xeyriyyə tədbirinə məşhur modellər də qatılıblar.

Milli.Az TMZ-yə istinadən bildirir ki, 22-ci ənənəvi gecədə Kendall Cenner, Cordan Dann, Karli Kloss, İrina Şeyk, Cici Hadidlə yanaşı, Meri Blix, Çarli XCX, Andrea Boçelli də iştirak ediblər.

Aktyor Leonardo Di Kaprio gecədə keçirilən xeyriyyə hərracına məşhur strit-art ustası Benksinin əsərini hədiyyə edib.

Yeva Lonqoriya isə Endi Uorhollun əsəri olan "Elizabet Teylor" portretini bağışlayıb. Portret hərracda 700 min avroya satışa çıxarılmışdı.

"AmFar" fondunun təşkil etdiyi gecədə konsert də olub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.