İqtisadiyyat

Zaqatala və Yevlax rayonlarının kəndlərinə təbii qaz verilib

23 Dekabr 2013 16:19
Baxış: 619
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Zaqatala və Yevlax rayonlarının daha iki kəndinə təbii qaz verilib

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, bu münasibətlə keçirilmiş tədbirlərdə "Azəriqaz" İstehsalat Birliyinin və rayon icra hakimiyyətlərinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Zaqatala rayonunun Mazıx kəndinə təbii qazın verilməsi münasibətilə keçirilmiş mərasimdə bildirilib ki, 445 abonenti olan kəndin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında ümumi uzunluğu 45 kilometr olan müxtəlif diametrli polietilen və polad borularla daşıyıcı və məhəllədaxili qaz kəmərləri çəkilib, 445 sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Həmin gün Yevlax rayonunun Xaldan kəndinə də təbii qaz verilib. Bununla əlaqədar keçirilmiş mərasimdə qeyd edilib ki, 436 abonenti olan kəndin təbii qazla təchiz olunması üçün birpilləli sistem əsasında ümumi uzunluğu təxminən 24,9 kilometr uzunluğunda müxtəlif diametrli polad borularla daşıyıcı və məhəllədaxili qaz kəmərləri çəkilib, 436 sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.