68 yaşlı ərlə 56 yaşlı arvadın uşağı oldu

26 Dekabr 2011 15:09
Milli.Az xəbər portalı "Entertaiment Tonight"a istinadən bildirir ki, ahıl ərlə-arvad surroqat ananın sayəsində yenidən valideyn olublar.
13 yaşlı Elliotun böyüdüyü ailənin kiçik qızı Helen Qreys Haytauerin çəkisi 3,2 kiloqramdır.

Robert De Nironun sabiq arvadı Dayan Ebbotdan 40 yaşıl qızı Dren və 35 yaşlı oğlu Rafael var.
Aktyor sabiq məşuqəsi Tuka Smitlə birlikdə yaşayanda isə bu qeyri-rəsmi izdivacdan surroqat ana vasitəsilə Culian və Aaron adlı əkizlər doğulub. İndi həmin qardaşların 16 yaşı var.

Robert De Niro ilə Qreys Haytauer 14 il əvvəl evləniblər və birlikdə olduqları vaxt paparassilərin "cənginə" düşməməyə çalışırlar.

Milli.Az