Azərbaycanlı gənclər "Yetenek Sizsiniz"də rəqs etdilər - VİDEO

23 Noyabr 2014 19:42

Azərbaycanın "Crazy Eyes Crew" rəqs qrupu növbəti dəfə Türkiyənin "TV8" telekanalında yayımlanan "Yetenek Sizsiniz" yarışmasına qatılıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, hip-hop üslubunda rəqs edən yarışmaçılar münsiflər heyətinin rəğbətini qazanaraq növbəti mərhələyə keçiblər.

"Crazy Eyes Srew" rəqs qrupu keçən il də eyni yarışmaya qatılmışdı.

Qeyd edək ki, yarışmanın münsif kürsüsündə telekanalın və verilişin rəhbəri Acun İlicalıdan başqa, aktrisa Özgü Namal, aktyor Eser Yenənlər və müğənni Murad Boz əyləşib.
 

Milli.Az