Azərbaycanda uşağa bir neçə ad qoymaq olarmı?

14 İyul 2011 13:08
Bir müddət əvvəl Azərbaycanda insan adları ilə bağlı yeni qanunun qəbul edildiyi məlumdur.

Milli.Az xəbər portalının məlumatına görə, Day.Az saytına müraciət etmiş oxuculardan biri körpəyə bir neçə adın qoyulmasının mümkün olub-olmadığını soruşur: "Məsələn, uşağı Samir Yunis Qurbanlı adlandırmıq olarmı?"

Bakının Nərimanov rayon Qeydiyyat İdarəsinin rəisi Səadət İsmayılova Azərbaycanda uşağa 2 ad qoyulmasına icazə olmadığını bildirib. "Məsələn, Məmmədhəsən, Məmmədhüseyn kimi adlar qoymaq mümkündür. Amma Samir Yunis kimi adlara icazə yoxdur", - deyə o, qeyd edib.

Soyadlarla bağlı məsələyə də aydınlıq gətirən S.İsmayılova bildirib ki, soyadın "ov", "yev" sonluqlarını "li", "lı" və "zadə"yə dəyişmək olar. Amma hər kəs soyadını yalnız 1 dəfə dəyişə bilər.

Milli.Az