Minskdə tank dirəyə çırpılıb

24 İyun 2017 23:17

Minskdə Belarusun Müstəqillik Günü münasibəti ilə keçiriləcək paradın məşqləri zamanı "Т-72" tipli tank ağac və dirəyə çırpılaraq onları yerindən qoparıb.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə "onliner.by" xəbər portalı məlumat yayıb.
Zirehli texnikanın iştirakı ilə qəza iyunun 24-də Müstəqillik prospektində baş verib. Şahidlərin sözlərinə görə, geridə qalan tank zirehli maşın karvanına çatmaq istəyib, amma sürət yığdıqdan sonra uğursuz manevr edib.
Tezliklə dirək yolun hərəkət hissəsindən götürülüb. Qəza nəticəsində xəsarət alanlar barədə məlumat yoxdur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində