9 yaşlı uşaq maşının altında qaldı

20 İyun 2017 12:33

Ucar rayonunda azyaşlını maşın vurub.

Milli.Az DİN-ə istinadən xəbər verir ki, iyunun 19-da saat 9 radələrində Ucar rayonunun Qəzyan kəndi ərazisində Lək kənd sakini Allahverdi Allahverdiyev idarə etdiyi "VAZ-21063" markalı avtomobillə yolu keçən kənd sakini 9 yaşlı Həsən Xəlilovu vurub.

Nəticədə xəstəxanaya yerləşdirilən azyaşlı orada ölüb.

Ucar rayon Polis şöbəsi tərəfindən araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində