Masallıda silsilə oğurluqlar edən dəstə üzvləri saxlanıldılar

20 İyun 2017 12:55

Masallı rayonunda oğurluqlar edən dəstə üzvləri saxlanılıblar.

Milli.Az report-a istinadən xəbər verir ki, Masallı Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində silsilə oğurluqlarla məşğul olan, gənclərdən ibarət dəstə üzvləri tutulub. 

RPŞ-dan bildirilib ki, istintaq tədbirləri davam etdirilir: "Hələlik üç nəfər saxlanılıb. Saxlanılan şəxslər Masallı şəhər sakinləri - 1990-cı il təvəllüdlü Kazımov Elvin Əliguşad oğlu, 1995-ci il təvəllüdlü Hüseynzadə Elmin Vüqar oğlu, 1996-cı il təvəllüdlü Tağıyev Saleh Əli oğludur. 2000-ci il təvəllüdlü Nəsirov Fərhad Xosrov oğlu isə yetkinlik yaşına çatmadığı üçün sərbəst buraxılıb. Saxlanılan gənclərin təkcə üç mənzildən etdikləri oğurluqlar nəticəsində vətəndaşlara 10 000 manatdan çox ziyan vurublar". 
Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində