Bakıdakı avtobusda intihara cəhd

20 İyun 2017 11:22

Milli.Az-a daxil olan məlumata görə, səhər saat 09:00 radələrində 165 nömrəli avtobusda intihara cəhd edilib.

Hadisə şahidlərindən birinin verdiyi məlumata görə, 30-35 yaşlarında bir şəxs avtobus hərəkət edə-edə özünü atmaq istəyib.

Amma ətrafdakı insanların köməkliyi ilə o son anda xilas edilib. Psixoloji problemlərinin olduğu ehtimal edilən həmin şəxs sonradan sakitləşərək oturacaqda əyləşib.

Əli Rəhimoğlu
Milli.Az