"Qarabağ" Avstriyada təlim-məşq toplanışını davam etdirir.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, komanda bu gün ilk yoxlama oyununa çıxacaq.
Ağdamlılar Rusiya Premyer Liqa təmsilçisi "Axmat"la üz-üzə gələcək. Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək Qurban Qurbanovun yetirmələri güclü rəqibi qarşısında sınaq şansı qazanacaqlar.
Rəqib son mövsümü Premyer Liqada 5-ci pillədə başa vurub. Bir neçə gün öncə Avstriyada digər təmsilçimiz "Qəbələ" ilə yoxlama görüşünə çıxmış Çeçenistan komandası 1:0 hesablı qələbəyə sevinmişdi.
Qeyd edək ki, daha əvvəl "Terek" adı ilə tanınan komanda Çeçenistanın mərhum prezidenti Axmat Kadırovun şərəfinə "Axmat" adlandırılıb.
Yoxlama oyunu
20 iyun
19:00. "Qarabağ" - "Axmat"
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində