Elektrik cərəyanı vuran şəxs ölüb - YENİLƏNİB

19 İyun 2017 23:18

23:18

Astaranın Siyəkü kəndində elektrik cərəyanı vurması nəticəsində ağır xəsarətlər alan Tarzan Zahirov xəstəxanada ölüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Lənkəran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən T.Zahirovun həyatını xilas etmək mümkün olmayıb.

----------

21:15

Astara sakinini cərəyan vurub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Siyəkü kəndində qeydə alınıb.

Kənd sakini, 1984-cü il təvəllüdlü Tarzan Süleyman oğlu Zahirov evində elektrik naqili ilə ehtiyatsız davranması səbəbindən cərəyan onu vurub.
 
Zərərçəkən Lənkəran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

Milli.Az