"Milli Kino Günləri" layihəsinə Nizami Kino Mərkəzində davam edir

19 İyun 2017 17:55

"Milli Kino Günləri" layihəsinə daxıl edilən filmlərin nümayişi Nizami Kino Mərkəzində davam edir.

Milli.Az xəbər verir ki, Bakı şəhəri Mədəniyyət və Turizm Baş İdarəsinin və Nizami Kino Mərkəzinin birgə layihəsi əsasında, həmçinin C.Cabbarlı adına Azərbaycan Kinostudiyasının  dəstəyilə iyunun 14-də başlanan "Milli Kino Günləri" layihəsinə daxil olunmuş filmlərin nümayişi Nizami Kino Mərkəzində davam edir.

Filmlər bazar ertəsi, çərşənbə və cümə günləri saat 12:30-da nümayiş edilir.

Şəhər sakinlərinə və şəhərimizin qonaqlarına nümayişdə olan filmlərin siyahısını, gün və seans saatlarını təqdim edirik:

21 iyun  -----------"İçərişəhər"

23 iyun ----------- "Qatil"

26 iyun ----------- "Xeyirlə şərin rəqsi"

28 iyun ----------- "Yaddaş"

30 iyun------------ "Nabat"

3 iyul -------------- "Niyyət"

5 iyul -------------- "Buta"

7 iyul -------------- "Yarımçıq xatirələr"

10 iyul ------------ "Axınla aşağı"

12 iyul ------------ "Dərs"

14 iyul ------------ "Qırmızı bağ"

Filmlərə giriş pulsuzdur

Filmlərin haqqında daha geniş informasiyanı Nizami Kino Mərkəzinin Məlumat mərkəzindən və Facebook səhifəsindən öyrənmək mümkündür. https://www.facebook.com/NizamiCinema?rf=482176415135559

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində