ANS-in qalmaqallı aparıcısı Umka Hacıyeva şəxsi həyatından danışdı - FOTO

19 İyun 2017 19:30

ANS-in keçmiş aparcısı, hazırda isə "Space" kanalında fəaliyyət göstərən Umka Hacıyeva seriala çəkiləcək.

Milli.Az publika.az xəbər verir ki, bu barədə aparıcı özü məlumat verib:

"Artıq kontrakt bağlanıb, lakin serialın hansı kanalda yayımlanacağı və rolum haqqında danışmağa icazə verilmir. İnşallah çəkilişlər başladıqdan sonra bu barədə ətraflı məlumat verəcəm. Yalnız onu deyə bilərəm ki, serial komediya janrında deyil, drammatik rolda çəkilirəm, ağlamalı ekran işi olacaq. Ümumiyyətlə istənilən rolda çəkilməyə razı olmaram, bəzi məqamlar var ki, bizim milli mentalitetimizlə uyğun gəlmir. Çünki bizdə birmənalı qarşılanmır, mən isə qınaq obyekti olmaq istəmirəm".

Aparıcı bəzi aktrisaların Türkiyənin bəzi film şirkətlərindən dəvət aldığına inanmadığını da dilə gətirib:

"Bəzi aktrisalar kimi efirə çıxıb yalandan deyə bilmərəm ki, Tükiyədə filmə çəkiləcəm. Belə bir təklif olmayıb. Olarsa da, məmnuniyyətlə çəkilərəm".

Şəxsi həyatında xoşbəxt olduğunu açıqlayan aparıcı bir müddət efirlərdən uzaq düşməsindən də danışıb:
"Şəxsi həyatımda hər şey qaydasındadır, lakin yaxın bir-iki il ərzində ailə qurmağı planlaşdırmıram. Özəl səbəblərdən dolayı bir müddət efirdən uzaqlaşmışdım, lakin bu səhvi ikinci dəfə təkrarlamayacam".

Xatırladaq ki, Umka çimərlik geyimində fotolar paylaşdığı üçün "ANS"-də işdən çıxarılmışdı. Daha sonra isə aparıcı uzun müddət efirlərdən uzaq düşmüşdü.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində