Londonda müsəlmanları əzən cinayətkarı camaat belə tutdu - VİDEO - FOTO

19 İyun 2017 15:43

İngiltərənin paytaxtı Londonda məsciddən çıxan müsəlmanların üzərinə maşını sürərək ən azı bir nəfərin ölümünə, 10 nəfərin yaralanmasına səbəb olan cinayətkarın tutulma anının videosu yayılıb.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, cinayətkarı qəzəbli insanların əlindən molla qurtarıb.

Şahidlərdən biri "Məscidin imamı "Ona toxunmayacaqsınız" dedi. Sağdır və onu tutmağa çalışırdılar" sözləri ilə yaşananları izah edib.

Cinayətkar dinc sakinlər tərəfindən tutulub polisə təhvil verilib. 

Əhalinin maşından düşürüb döymək istədiyi cinayətkarın həmin görüntülərini təqdim edirik:

Təhməz Təkin

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Londonda müsəlmanları əzən cinayətkar belə tutuldu

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində