İnsanın özü ilə evləndiyi yeni trend: Soloqami

19 İyun 2017 22:32

Bütün insanlardan nifrət edirsiz? Özünüzdən başqa heç kimlə yola getmirsiz? Buna baxmayaraq, ömrünüz boyu yalnız qalmaqdan qorxursunuz? Qorxmayın artıq tək deyilsiniz. Çünki özünüz varsız...

Milli.Az bildirir ki, xoşbəxt bir həyat üçün cütlük olmağın şərt olduğunu düşünməyən, ancaq evlilik prosesinin dadını çıxarmaqdan da geri qalmaq istəməyənlər "soloqami" trendi altında özüylə evlənirlər.

Əslində soloqami deyilən axın çox da yeni deyil. 2014-cü ildən bəri insanlar artıq "soloqami"ni mənimsəyib.

Psixoloqlar kişi və qadınların öz-özüylə evlənməsini normal hal saymır və onların diqqət aclığı çəkdiyi üçün bu addımı atdığını deyirlər.

İndiyədək bu axına qoşulan və xoşbəxt olan bir çox insan var. Avropada onları dəstəkləyənlər də az deyil. (publika.az)

Milli.Az