Plastik əməliyyatın qurbanı olan GÖZƏLLƏR - FOTO

19 İyun 2017 22:57

REN.tv xəbər verir ki, Moskvada 17 yaşlı Yekaterina B. plastik əməliyyat zamanı dünyasını dəyişib. Rostov vilayətindən olan xanım "Qoldenxar" sindromu ilə anadan olmuş və uşaq evində böyümüşdü. Plastik cərrah bu qızı "Pust Qovoryat" verilişində görmüş və qatılaraq kömək etmək istədiyini bildirmişdi...

Milli.Az dünyada baş vermiş bu kimi olayları xatırlayaraq plastik əməliyyat zamanı ölən daha 5 xanım haqqında məlumatlarla sizi tanış edir.

Ekvadorda 2015-ci ilin yanvarında 19 yaşlı "gözəllik kraliçası" Katerina Kanto liposaksiya (piylərin kosmetoloji yolla aradan qaldırılması) zamanı vəfat etmişdir. Plastik əməliyyat tələbə qıza gözəllik yarışmasındakı qalibiyyətinə görə priz olaraq təqdim olunmuşdur. Klinika nümayəndələri qızın ailəsinə onun ürək tutmasından öldüyünü bildirsələr də, vəkil bununla razılaşmır və Kantonun ölümünün beyin şişməsi olduğunu iddia edir.

Liposaksiyanın daha bir qurbanı 27 yaşlı braziliyalı xanım Pamela Nasimentodur. Bir neçə dəfə bıçaq altına uzanan xanım 2012-ci ildə əlavə piyləri əritmək qərarına gəlir. Lakin hər şey plan üzrə getmir. Əməliyyat zamanı pasientdə Hipovolemik şok (bədənin qan və suyunun 20 faizdən çox miqdarda itirilməsi) yaşanır. Lakin məhkəmə ekspertizası iddia edirdi ki, əməliyyat zamanı xanımın böyrəyini deşiblər.

2012-ci ilin mayında Maqnitoqorsk sakini Yekaterina Klementyeva həyat yoldaşına sürpriz etmək qərarına gəlir və döşlərinin böyüdülməsi üçün bıçaq altına uzanır. Lidokain iynəsinin ikinci dəfə vurulması nəticəsində bədəndə ölümə səbəb olan kəskin allergik reaksiya baş verir.

Zaporojye şəhərindən olan 25 yaşlı Kseniya Mixaylyutanın döşlərinin böyüdülməsi çoxdankı arzusu idi. Həkimlər keyikdirmə (narkoz) dərmanı yeritmək üçün körpücükaltı venanı zədələyirlər və xanım daxili qanaxmadan dünyasını dəyişir. (publika.az)

Milli.Az