Tərbiyəsiz müəllimin görüntüləri özünə göstərildi - VİDEO

19 İyun 2017 20:24

İstanbulun Şişli rayonunun Fulya ərazisində uşaqları cinsi istismar etmək iddiası ilə 50 ilə qədər həbsi istənilən müəllim Yasemin A. -ya məhkəmədə həmin görüntülər izlədilib.

İstanbul Ağır Ceza Məhkəməsində baş tutan prosesdə Yasemin A. "İrəli sürülən ittihamları qəbul etmirəm", deyib.

Milli.Az Haberler-ə istinadən xəbər verir ki, 3 yaşlı qurbanını cinsi istismara məruz qoyduğu görüntülərdən sonra Yasemin A. "Mən uşağın tualetə gedib-getmədiyinə nəzarət etdim" deyə özünü müdafiə edib.

Məhkəmə, təxirə salınıb

Qeyd edək ki, Yasemin A. uşaqların cinsiyyət orqanlarına toxunduğu, yanlarında soyunub sinəsi ilə oynamalarına icazə verdiyinə dair gizli kamera görüntüləri ilə ittiham edilir.

Məhəmməd Vaqif

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Uşaqlara qarşı əxlaqsız hərəkət edən  müəllimin görüntüləri özünə göstərildi

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində