"Qarabağ"ın kapitanı Rəşad Sadıqov Avropa kuboklarının təsnifat mərhələlərində ən çox oyun keçirən futbolçular siyahısına düşüb.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu haqda UEFA-nın saytında dərc olunan yazıda bildirilib.
R.Sadıqov "Neftçi", "Kayserispor" (Türkiyə) və "Qarabağ"ın heyətində ilkin mərhələlərdə avrokuboklarda 55 oyun keçirib. Bu göstərici ilə o, siyahıda Vilali Radionovla (BATE) birgə 3-4-cü yerləri bölüşdürüb. Saşa İliç ("Partizan", "Qalatasaray", "Zalsburq", 69 oyun) 1-ci, Kostas Xaralambides (APOEL, "Panatinaikos", AEK Larnaka, 57 oyun) isə 2-cidir.
İlk beşliyi 52 oyunla Stefan İşizaki (AİK, "Elfsborq", "Volerenqa") tamamlayıb.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində