Rusiyanın Türkiyədə qətlə yetirilən səfirinin yerinə YENİ TƏYİNAT

19 İyun 2017 13:22

Aleksey Yerxov Rusiyanın Türkiyədəki yeni səfir təyin olunub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin fərman imzalayıb.

A.Yerxov daha əvvəl, Rusiyanın İstanbulda baş konsulu vəzifəsində çalışıb.

Qeyd edək ki, Rusiyanın Türkiyədəki keçmiş səfiri Andrey Karlov ötən ilin dekabrında Ankarada sərgi zamanı qətlə yetirilmişdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində