"Barselona"nın sabiq futbolçusu evləndi - FOTO

19 İyun 2017 13:05

"Borussiya Dortmund"un müdafiəçisi Mark Bartra da evlənib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, katalon futbolçu Melissa ximenslə ailə həyatı qurub. Toy mərasimi Barselonadan 30 km məsafədə yerləşən Arjentona şəhərində baş tutub. Bu mərasimdə Xavi Ernandes, Rafinya Alkantara, Tyaqo Alkantara, Kristian Telyo, Jordi Alba, Puyol və Serxio Buskets iştirak ediblər.

Ötən mövsüm Bartra üçün çətin keçmişdi. Dortmund klubuna yeni transfer olunması fonunda apreldə klubun avtobusu yaxınlığında baş verən terror aktında futbolçu yaralanmışdı.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində