Almaniya millisinin sabiq üzvü karyerasını başa vuracaq

19 İyun 2017 12:47

"Bayer Leverkusen"in hücumçusu Ştefan Kisslinq növbəti mövsüm karyerasını başa vurmaq qərarına gəlib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Almaniya millisinin sabiq üzvü bu qərarını baş məşqçi Hayko Herrlixə də çatdırıb. Herrlix onun ən azı 1 mövsüm oynamasını istəyirdi.

"Yeni məşqçimiz ilə danışdım. Konstruktiv söhbət alındı. Onun futboldan məlumatı böyük olmaqla bərabər, həm də özü keçmişdə futbolçu olub. Növbəti mövsüm mənim üçün son olacaq" - 33 yaşlı Kisslinq qeyd edib. O, 2006-cı ildən Leverkuzen klubunun şərəfini qoruyur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində